Sen 05, 2019 12:04 Asia/Baku
  • İranlı gənc sözlərin yadda saxlanılmasında rekord sındırıb
    İranlı gənc sözlərin yadda saxlanılmasında rekord sındırıb

İranlı gənc Mohəmmədreza Həsənzade bir dəqiqədə 53 söz yadda saxlamaqla Ginnes rekordunu sındırıb.

Həsənzade müxbirlərlə müsahibədə bu məharət barədə deyib ki, təqribən altı il bundan öncədən sürətli oxu və yaddaşın gücləndirilməsi məharəti ilə tanış olaraq, yaddaş üzrə beynəlxalq müsabiqələrin rəisi professor Toni Buzan kimi ustadların yanında təlim keçibdir.

Bu iranlı gənc bir dəqiqə ərzində 58 söz arasından 53 sözü yadda saxlamağa müvəffəq olub.

Bu rekord bundan öncə bir hində məxsus idi. O, bir dəqiqə ərzində 50 ingilis sözünü yadda saxlaya bilmişdi.

Sürətli oxu mütaliə fəndləri və üsullarından olaraq, mütaliənin sürətini nəzərəçarpacaq dərəcədə artırır və qısa zamanda çoxsaylı səhifələri yadda saxlamaq imkanı yaradır.