Sen 05, 2019 19:00 Asia/Baku
  • Çinixana muzeyi xəzinəsi
    Çinixana muzeyi xəzinəsi

Çinixana sarayı Şeyx Səfiəddin Ərdəbili beynəxalq kompleksinin çılçıraqxanası və ya əsas tağtavanının şərq hissəsində yerləşir və hər il minlərlə daxili və xarici turist oraya gəlir.

Şeyx Səfiəddin Ərdəbili məqbərəsi muzeyi və xəzinəsini İranın ən cazibədar və ən gözəl muzeylərindən biri hesab etmək lazımdır.

Bu olduqca gözəl mühit səfəvilər dövrünün müxtəlif sənətlərinin əzəmətinin təzahürüdür.

Bu gözəl muzey bu günlər minlərlə iranlı və xarici sənətsevər turisti qəbul edir.

Qadın: Ölkəmin bu qədər sənət əsərinin həm əl dəyilməmiş formada qalması, həm də gözəl və qəşəng olması ilə fəxr edirəm.

Kişi: Maraqlı qablardırlar. İndiyiə kimi başqa yerdə tayını görməmişəm.

Qadın: Bu qablarda istifadə edilmiş boyalar təbii boyalardılar. İşlədilmiş mavi rəng xas bir ruh bəxş edibdir.

İpək yolunda təhlükəsizlik yaratmaq üçün Çin imperatoru təqribən dörd əsr bundan öncə Şah Abbas Səfəviyə hədiyyələr göndərdi ki, onun böyük bir hissəsi olduqca nəfis olan çinilər idi. Bu çinilər Şeyx Səfiəddin Ərdəbilinin məqbərəsinə vəqf olunublar. Şeyx Bəhayi də bu nəfis qabların saxlanılması üçün Çinixana adında xüsusi bir mühit konstruksiya və icra edibdir.

Qadın: Qablar İsfahanda möhürlənir. Şah Abbasinin möhürü ilə. Ərdəbilə köçürülür. Tavan hissəsində yerləşən yuxarı qoruyucuların içərisində dekorasiya formasında yerləşdirilir. Bu qoruyuculara "içiboş gips muqərnəs" deyilir. Ümumiyyətlə qızıl və bitki boyaları ilə bəzədilib və gips və taxta ilə hazırlanıbdır.

Amma bu kompleksin çinilərinin başlıca hissəsi zamanın keçidində qarət olunub və hazırda İngiltərə, Rusiya və Amerika kimi ölkələrin muzeylərini bəzəyir.

Kişi: Bu bina iki qatdan təşkil olunubdur. Binanın birinci qatı dini olub. Şeyx Səfi dövründə dini istifadəsi olurdu, lakin 200 ildən sonra Şah Abbas tərəfindən muzeyə və çinixanaya çevrilibdir.

Plato(xanım): Çinixana muzeyi bizi əsrlər bundan öncənin son dərəcə tarixi xəzinələrinə peyvənd vuran bir röyadır. Sizi bu bir neçə saatlıq röyalı səfərə dəvət edirik.