Sen 07, 2019 11:16 Asia/Baku
  • Hindistanın ayda tədqiqat üzrə röyası çin olmadı
    Hindistanın ayda tədqiqat üzrə röyası çin olmadı

Hindistanın "Vikram" adlı avtomatik planetlərarası stansiyası yerli vaxtla bu gün səhər saat ikidə Ayın cənub qütbünə enməli idi, amma bu stansiya ay səthinin iki kilometrliyində nəzarət otağı ilə əlaqəsini itiribdir.

Hindistan mediaları xəbər veriblər ki, bu stansiyanın əlaqəsinin kəsilməsindən sonra Hindistan kosmik tədqiqat təşkilatının sədri Key Sivan bildirib: "Vikram" avtomatik planetlərarası stansiyasının yüksəkliyinin ayın səviyyəsindən 2,1 kilometrədək azalması adi şəkildə izlənilib. Amma ondan sonra stansiyanın əlaqəsi kəsilib və biz informasiyaları araşdırmaqdayıq.

Bu tapşırıq 47 gün bundan öncə başlanıb. Hindistan süni peyki təqribən iki həftə yerin ətrafına fırlanıb ki, aya tərəf hərəkət üçün yetərincə sürət əldə edə bilsin. Hindistan süni peykinin yerdən aya səfəri bir həftə sürüb.