Sen 08, 2019 18:35 Asia/Baku
  • İranın karate üzrə milli komandası “Karate 1” yarışlarında ümumi nəticədə ikinci olub
    İranın karate üzrə milli komandası “Karate 1” yarışlarında ümumi nəticədə ikinci olub

İranın karate üzrə milli komandası Tokioda keçirilən beşinci “Karate 1” yarışlarında ümumi nəticədə ikinci olub.

İranın karate üzrə milli komandası qadınlar və kişilər bölmələri üzrə bir qızıl, iki gümüş və iki bürünc medal əldə edərək, Tokioda keçirilən beşinci “Karate 1” yarışlarında ümumi nəticədə ikinci olub.

Belə ki, Sara Bəhmənyar qızıl, Zəbiullah Pourşib və Saleh Əbazəri gümüş, Məcid Həsənniya və Bəhmən Əsgəri bürünc medal əldə ediblər.

Yaponiya yığması 8 qızıl, 3 gümüş və 9 bürünc medalla yarışların birinciliyini qazanıb. Azərbaycan Respublikası da bir qızıl, bir gümüş və bir bürünc medalla yarışların üçüncü pilləsində durubdur.

 

 

Teqlər