Okt 04, 2019 17:37 Asia/Baku
  • İngiltərənin maliyyə nazirliyinin binası qan rənginə boyanıb
    İngiltərənin maliyyə nazirliyinin binası qan rənginə boyanıb

İngiltərədə ətraf mühit fəalları dünən simvolik bir hərəkətdə və bu ölkə siyasətçilərinin fövqəladə iqlim vəziyyətinə diqqətsizliklərinə etiraz olaraq, İngiltərənin maliyyə nazirliyinin binasına tərəf qırmızı rəng səpiblər.

Bu etiraz hərəkətinin təşkilatçıları olan "Nəsli kəsilməyə qarşı qiyam" qrupunun üzvləri deyirlər ki, İngiltərə hökumətinin iqlim dəyişiklikləri ilə mübarizə iddiası ilə fosil yanacaqları sahəsində qazıntılara dəstəyi bir-biri ilə uyuşmur.

Almaniyanın paytaxtı Berlində də yaşıl sülh tərəfdarları insan halqası yaradıb və bu şəhərdə dövlət iqtisadi orqanlarına giriş yollarını bağlayıblar.

BMT bir hesabatda xəbərdarlıq edibdir ki, yerin istiləşməsi faciəsinin qarşısını almaq üçün yalnız on iki il qalıbdır.