Okt 05, 2019 17:37 Asia/Baku
  • İran turizmin ən sürətli inkişafı baxımından dünyada ikincidir
    İran turizmin ən sürətli inkişafı baxımından dünyada ikincidir

Ümumdünya Turizm Təşkilatının yeni hesabatına görə, İran 49% inkişafla xarici turistlərin cəlb edilməsi sahəsində ən sürətli inkişaf baxımından Ekvadordan sonra dünyada ikincidir.

İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirliynə istinadlı məlumata görə, 2017-ci ildə bütövlükdə dörd milyon 867 min xarici turistə ev sahibliyi etmiş İran turizmi 2018-ci ildə 49,9% inkişafla bu rəqəmi 7 milyon 295 min nəfərə çatdıraraq, xarici turistlərin cəlb edilməsi sahəsində ən sürətli inkişaf baxımından Ekvadordan sonra dünyada ikinci ola bilibdir.

Turist cəzbi üzrə bu 49,9%-lik inkişaf elə bir haldadır ki, ondan öncə, 2016-2017-ci illər arasında İranın turizm inkişafı mənfi 1,5 faiz idi.