Okt 08, 2019 21:46 Asia/Baku
  • Urmiyyədə Fars Dili və Ədəbiyyatının Təbliği Dərnəyinin Beynəlxalq Konfransı işə başlayıb
    Urmiyyədə Fars Dili və Ədəbiyyatının Təbliği Dərnəyinin Beynəlxalq Konfransı işə başlayıb

Bu gün Urmiyyə universitetində Fars Dili və Ədəbiyyatının Təbliği Dərnəyinin 14-cü Beynəlxalq Konfransı işə başlayıb.

Konfransda İran və dünyanın, o cümlədən Türkiyə, Azərbaycan Respublikası, Rumıniya, Hindistan, Banqladeş, İraq, Fransa və Avstraliyanın bəzi görkəmli ədəbi şəxsiyyətləri iştirak edirlər.

Fars Dili və Ədəbiyyatının Təbliği üzrə 14-cü konfrans cümə axşamı gününədək davam edəcək.

Bu konfransın kənarında mövləvişünaslıq üzrə ikinci ixtisaslaşdırılmış konfrans keçiriləcək.