Okt 09, 2019 12:31 Asia/Baku
  • Pekində İran Mədəniyyəti Sərgisi keçirilib

İranın sənəti və sivilizasiyasının şöhrəti ölkə hüdudlarından minlərlə kilometr uzaqlardan gəlir; bu dəfə Çin xalqı tərəfindən maraqla qarşılanan İranın Pekində keçirilən əl işləri sənayesi sərgisi...

İranın zəngin mədəniyyəti, incəsənəti və sivilizasiyasını tanıtdırmaq istiqamətində Pekində İranın əl işləri sənayesi sərgisi keçirilib. Sərgi Çin xalqının rəğbəti ilə üzləşibdir.

Müsahibə: Çox gözəl əsərlər gördüm; iranlılar incəsənətlə böyük maraq göstərirlər.

Müsahibə: Bu sərgi İran xalqının incəsənətə dərin bağlılığını göstərir; buna görə də İrana səfər etmək qərarına gəldim.

Hər biri bir incəsənət sivilizasiyasının nişanəsi olan əsərlərin nümayişi.

Müsahibə: Əsərlərin üzərində çox iş görülüb. İran mədəniyyəti və incəsənətinin bir hissəsi ilə tanış ola bildim.

Bu sərgidə Çin xalqı İranın bəzi yaradıcılıq qabiliyyətləri, imkanları və əl işləri ilə tanış oldu.

Müsahibə: Bu gözəl və bədii məkanda çox şəkil çəkdirmək istəyirəm.

Digər ölkələrdən sərgiyə gələn turistlər də İranın əsərləri və əl işləri sənayesini nadir əsərlər adlandırdılar.

Müsahibə: İran xalçası və memarlığı dünyada birincidir. İranın əsərləri və əl işləri sənayesi nadir əsərlərdirlər.

Müsahibə: İpək Yolu ilə qarşılıqlı münasibətlər təkcə ticarət münasibətlərinə deyil, həm də aramızda böyük əlaqələrə səbəb olur.

Müsahibə: Çinlilər əsasən maraqlanan insanlardırlar. Onlar mədəniyyət və incəsənətə çox maraq göstərirlər. İranın hər yerindən sərgiyə müxtəlif əl işləri, xalça və zəfəran gətirmişik.

Həmçinin bu mərasim çərçivəsində Çin xalqı tərəfindən böyük maraqla qarşılanan müxtəlif festivallar keçirildi.