Okt 10, 2019 11:36 Asia/Baku
  • Google mənim barəmdə hər nəyi bilir
    Google mənim barəmdə hər nəyi bilir

İngiltərənin casusluq təşkilatının keçmiş rəisi Google və Facebook barədə xəbərdarlıq edib.

"Daily Mail" nəşrinin vebsaytı bir yazıda belə qeyd edib: Təhlükəsizlik və kəşfiyyat təşkilatı olan hökumət əlaqələri qərargahının sabiq rəisi Devid Omend deyib: Google və Facebook kimi internet nəhəngləri "Mİ5"dən daha çox insanlar barədə məlumata malikdirlər.

O, deyib: Bu məsələ doğrudan da təhlükəlidir və demokratiya üçün böyük bir təhdiddir və onu nəzarətdə saxlamaq mümkün deyildir.

O, əlavə edib: Ötən bir neçə il ərzində ifşa olunmuş ən böyük məsələ, dövlət kəşfiyyat agentlikləri barədə deyil, özəl sektor haqqındadır. Bu bir reallıqdır ki, internet şirkətləri mənim barəmdə hər bir kəsdən və hər bir kəşfiyyat agentliyindən daha çox məlumata malikdirlər.