Okt 12, 2019 20:41 Asia/Baku
  • Sarımsaq və soğanın anti-xərçəng özəlliyi
    Sarımsaq və soğanın anti-xərçəng özəlliyi

Sarımsaq və soğan iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdirlər və döş xərçəngi riskini azalda bilərlər

Buffaloda yerləşən Nyu-York Ştat Universitetində və Puerto-Riko Universitetində tədqiqatçılar 30 və 79 yaşlar arasında olan 314 nəfər üzərində araşdırma aparıblar. Bu qadınlarda 2008-ci ildən 2014-cü illər arasında döş xərçəngi diaqnozu qoyulmuşdu. Onların hamısı Puerto-Riko sakini olubdur. Onlar "Sufrito" adlı yerli sousdan istifadə edirmişlər. Bu sousun əsas maddələri sarımsaq və soğandır.

Qidalanma üzrə tədqiqatçılar bu qadınları araşdırıblar. Nəticə göstərib ki, bu sousu gündə bir dəfədən çox istehlak edən qadınlar həmin sousdan istifadə etməyən qadınlardan 67 faiz az döş xərçənginə tutulublar.