Okt 17, 2019 19:07 Asia/Baku
  • Ədəbiyyat və nəşriyyat məşhurları Almaniyadakı beşgünlük sərgidə bir araya gəliblər
    Ədəbiyyat və nəşriyyat məşhurları Almaniyadakı beşgünlük sərgidə bir araya gəliblər

İran nəşriyyatları bu il 56-cı Frankfurt beynəlxalq kitab sərgisində ötən illərlə müqayisədə geniş iştiraka malikdirlər.

Yəzd yelalıcıları dizaynı Almaniyanın Frankfurt sərgisində İran pavilyonunun təqtimatçısıdır, amma bizim kitablarımızın daxilindəkilər hələ təqdim olunmayıb. Və əslində İran kitabının ixracı bir çox kitab istehsalçılarının iş gündəmində durmur.

M.K.- Təəssüflə, hazırda tamamilə bir tərəfin bazarına malikik. Biz bu sərgidə minimum iştiraka malikik.

Bəlkə də İranda naşirlərin diqqətinin xarici kitabların tərcüməsinə yönəlməsi bizim nəşriyyat bazarımızı birtərəfli edibdir. Amma bu nəşriyyatın nümayəndələrilə söhbət edərkən problemləri də görmüş oluruq.

M.K.-İranlı naşirlərin xarici sərgilərdə iştirakı daha azdır. Dəlillərindən biri budur ki, çox az ixtisas formasında işləyirlər. Əgər ixtisaslaşdırılmış olarsa, mütləq sərhədlərdən kənarda görünəcəklər.

M.K.- Kitablarını çox yaxşı tərcümə edərək, xarici naşirlərin ixtiyarına qoysunlar.

M.K.- Əgər İran mədəniyyəti və tarixini yaxşı ötürə bilsək, sülh mesajının köçürülməsi üçün dünya ilə yaxşı anlaşmalara çata bilərik.

Bu sahədəki müvəffəq nümunələrdən Müqəddəs Müdafiə kitablarıdır. Bu kitablar dünya ədəbiyyatında özlərinə xüsusi yer ayırıblar. İran şeri və rəssamlığı da illər boyudur ki, oxucu və tamaşaçıların diqqətini çəkibdir. Belə görünür ki, İran kitabının ixrac olunması üçün qarşıda uzun yol durur, amma imkansız deyil, çünki çoxları bu yolda addım atıblar. Təkcə yetər ki, mədəni məhsullar və kitab yaradıcıları bu işin düzgün yolu və prinsiplərini bilmiş olsunlar.