Noy 01, 2019 18:13 Asia/Baku
  • Yaponiyada beynəlxalq irslərdən biri məhv olub
    Yaponiyada beynəlxalq irslərdən biri məhv olub

Beynəlxalq irslər siyahısında qeydə alınmış Yaponiyadakı “Şuri” qalasında yanğının baş verməsi onun bir çox bölməsinin yanması və məhv olmasına bais olub.

Bu qala Yaponiyanın cənubundakı Okinava adasında yerləşir. Yanğın nəticəsində qalanın əsas zalından yalnız skelet qalıbdır. Televiziya təsvirləri yapon yanğınsöndürənlərin cümə axşamı gününün ilk saatlarında hələ bu taxta kompozit binada yanğın söndürməklə məşğul olduqlarını göstərir.

500 illik keçmişə malik olan Şuri qalası Ryukyu krallığının qalası hesab olunur. Bu qalada yanğın illik festival zamanı baş verib. Bu festival payızın ortalarında keçirilir.