Noy 07, 2019 19:27 Asia/Baku
  • Yeni Dehlinin havası çox çirklidir
    Yeni Dehlinin havası çox çirklidir

Cümə axşamı günü səhər Hindistanın paytaxtı Yeni Dehlinin sakinləri bir daha sağlamlıq üçün olduqca çirkli və təhlükəli bir günə başlayıblar.

Hindistan rəsmiləri deyblər ki, cümə axşamı günü səhər havada mövcud olan təhlükəli zərrəciklərin səviyyəsi təhlükəli səviyyəyə qalxıbdır. Yeni-Dehlinin sakinlərindən bir çoxu mənzildən çıxmazdan öncə hava çirklənməsinin mənfi təsirlərini azaltmaq üçün maskadan istifadə edibdir. Bazar günü havanın kəskin çirkllənməsinə görə, Yeni-Dehlidə və ətrafdakı məktəblər iki gün tətil oldu. Hindistan ali məhkəməsi mərkəzi və yerli hökuməti bu ekoloji faciəyə laqeyd yanaşdıqlarına görə pislədi.

Yeni-Dehli dünyanın ən çirkli şəhərlərindən biridir.