Noy 18, 2019 17:29 Asia/Baku
  • Biokomponentli polimerlər
    Biokomponentli polimerlər

Ətraf mühit, təhlükəsizlik və sağlamlıq problemlərini azaltmaq məqsədi ilə bioloji parçalanan polimer məhsulların istehsalına çox diqqət yetirilibdir. Bu polimerlər müalicədən sonra çıxarılması üçün son cərrahiyyə mərhələsinin ləğvi səbəbi ilə tibbdə və əczaçılıqda inkişaf etdirilibdir.

Sintetik polimerlərin yüksək həcmi və ətraf mühitin çirklənməsi səbəbindən bioloji parçalanan polimerlərdən istifadə meyli artıbdır.
Aparıcı – Xanım doktor, dissertasiyanızda təbii rezindən istifadə etdiyinizi gördüm. Polimerin nə olduğunu deyə bilərsinizmi?
Doktor - Şərqi Asiya bölgəsindəki bir ağacdan əldə olunur. Ağac saqqızıdır. Bu, təbii bir rezindir. Görürsünüz ki, yaxşı elastikliyə malikdir. İkinci polimer, qarğıdalı və ya şəkər qamışı nişastasından əldə edilən bioloji parçalanan polimerlərdən biri kimi də tanınan polilaktik turşudur. Deyə bilərəm ki, bu iki polimerin qarışığı ekologiya ilə yaxşı uyuşmaya malik olan təbii bir polimer istehsal edir.
Bu polimerin zərbəyə davamlılıq miqdarı polilaktik turşusundan otuzqat çoxdur.
M.Q - Nanozərrəciklərin artırılması, uyuşdurucuların əlavə edilməsi və əslində rezinə malik qarışıqlar üçün xas bir protexnik olan lastomeriya blokunun dinamit bişirilməsi metodlarından istifadə olunubdur.
Molekulyar simulyasiya maddələrin xüsusiyyətlərini sübuta yetiribdir.
Aparıcı – Xanım doktor, sizin burada hazırladığınız polimerlərin çox fərqli olduqlarını görürəm. Onların xüsusiyyətləri və fərqlərinin nə olduğunu deyə bilərsinizmi?
Doktor – Bu iki polimerin bir-birilə uyğunsuzluğu üzündən, nümunələrin sayı çoxdur. Onların hər biri bir təsnifata uyğundur. Biz təmiz polilaktik turşusu ilə müqayisədə nümunələrimizin zərbəyə davamlılıqlarının miqdarını 30 dəfədən çox artıra bildik.
Qida maddələrinin qablaşdırılması, tibbi protezlər və dərman buraxma bu polimerin istifadə sahələri ola bilər.