Dek 13, 2019 21:30 Asia/Baku
  • İran-Rusiya media həmkarlığının genişlənməsi ikitərəfli əlaqələrin inkişafına kömək edəcək
    İran-Rusiya media həmkarlığının genişlənməsi ikitərəfli əlaqələrin inkişafına kömək edəcək

İranın TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini İran-Rusiya media həmkarlığının genişlənməsini vurğulayıb. Bildirib ki, media həmkarlığının genişlənməsi Tehran-Moskva əlaqələrinin inkişafına kömək edəcək.

İran-Rusiya media həmkarlığı komitəsinin iclasında iştirak etmək üçün iranlı media heyətilə yanaşı Moskvaya səfər edən İranın TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini Peyman Cebelli əlavə edib: İran və Rusiya medialarının qarşılıqlı tanışlığı iki ölkənin rəsmiləri və xalqları arasındakı əlaqələrin genişlənməsi ilə nəticələnə bilər.

Cebelli həmçinin iki ölkə medialarının ikitərəfli həmkarlığı genişləndirmək üzrə əzmkarlıqlarına işarə edib. Bildirib ki, İranın TeleRadio Təşkilatının sərhədaşırı bölməsi çox öncələrdən rus medialarla əlaqə qurub və iki tərəf vasitəsilə birgə proqramlar da izlənilibdir.

 

 

Teqlər