Fev 19, 2020 10:56 Asia/Baku
  • Yaşıl çay və idmanla yağlı qara ciyər problemi həll olur
    Yaşıl çay və idmanla yağlı qara ciyər problemi həll olur

Pensilvaniya Ştat Universitetində tibb elmləri üzrə tədqiqatçılar bildiriblər ki, yaşıl çay idmanla birlikdə yağlı qara ciyər xəstəliyini nəzarətə alır.

Alimlərə görə, yaşıl çay və idman birlikdə köklüklə əlaqəli olan qara ciyərin yağlanmasını 75 faiz müalicə edir. 

Doktor Cuşva Lambert və onun əməkdaşları deyirlər ki, əldə olunan bu nəticə ona görə əhəmiyyət kəsb edir ki, kökəlməklə əlaqəli olan qara ciyərin piylənməsinə düçar olanlar gün-gündən artmaqdadır və yağlı qara ciyər, ikinci növdən olan şəkər xəstəliyi və köklük 2030-cu ilədək 100 milyondan çox insanı özünə düçar edəcək. Bunu da nəzərə almaq lazımdır ki, hələ bu xəstəliklərin qəti müalicəsi mümkün deyil. 

Aparılan araşdırmalara əsasən Laboratoriya siçanları 16 həftə müddətində idman və yaşıl çayın şirəsi ilə yoxlanılıb və sonda onların qara ciyərlərinin yağ ehtiyatında gözə çarpacaq azalma müşahidə olunub. 

YAĞLI QARA CİYƏR PROBLEMİ YAŞIL ÇAY VƏ İDMANLA HƏLL OLA BİLƏR