Mart 07, 2020 19:18 Asia/Baku
  • Koronavirusun dünya iqtisadiyyatına ziyanı
    Koronavirusun dünya iqtisadiyyatına ziyanı

Ekspertlərin proqnozu göstərir ki, koronavirus dünya iqtisadiyyatına mənfi təsir göstərir.

Blumberq informasiya saytının məlumatına görə, ekspertlərin proqnozu göstərir ki, koronavirus epidemiyası dünya iqtisadiyyatını 2,7 trilyon dollarlıq xərcə salıb.

Bu məlumata əsasən, cari milad ilində dünya iqtisadiyyatının inkişafı sıfır olub və Amerika/ avrozona və Yaponiya kimi, ümumi daxili istehsalın mənfi inkişafı ilə üzləşəcək və bu hadisə 2020-ci il Amerika prezident seçkilərinə təsir göstərə bilər.

Cari milad ilində Çinin iqtisadi inkişafı da 3,5 faizə çatır ki, bu rəqəm ötən 40 il ərzində bu ölkədə ən aşağı səviyyə sayılır.

Koronavirus epidemiyası son günlər Amerika xalqının nigarançılığının artmasına səbəb olub.

Amerikada "Xarici Münasibətlər Şurası" adlı araşdırma müəssisəsi də xəbərdarlıq edibdir ki, çinli şirkətlər bu ölkənin dərman bazarını ələ keçiriblər. Koronavirusun dünya səviyyəsində yayılmasına və Çində əczaçılıq zavodlarının istehsal həcminin azalmasına görə, Amerikada bəzi dərman preparatlarının çatışmazlığı ehtimalı ciddidir.

 

KORONAVİRUSUN DÜNYA İQTİSADİYYATINA ZİYANI

Teqlər