Sen 26, 2020 20:50 Asia/Baku
  • Xəbərdarlıq: Koronavirusa yoluxanların 20 faizinin heç bir simptomu yoxdur

Araşdırmalar göstərir ki, Covid-19 infeksiyasının səssiz daşıyıcıları təxminən bu virusa yoluxanların 20 faizini təşkil edirlər, Lakin koronavirusu ötürmə qabiliyyətləri eynidir.

Səhər Azəri bildirir ki, alimlər COVİD-19 infeksiyasının asimptomtik daşıyıcılarının simptomlu xəstələr qədər virusu ötürmə qabiliyyətinə malik olduqlarını və hər beş xəstədən birinin bu xəstəliyə simptomsuz yoluxduğunu deyirlər.

Cənubi Koreyada aparılan yeni bir araşdırmaya əsasən, simptomlardan asılı olmayaraq, insanlarda virus yükü və ötürmə qabiliyyəti eynidir.

İsveçrəli tədqiqatçılar koronavirusa yoluxan insanların beşdə birinin heç bir əlamət göstərmədiyini təxmin ediblər. Alimlər Covid 19-un asimptomatik daşıyıcılarının eyni miqdarda koronavirus ötürdüyünü söyləyirlər.

Bu yaxınlarda nəşr olunan araşdırmada, tədqiqatçılar səsiz daşıyıcıların rolu haqqında daha çox ipucu təqdim ediblər.

Koronavirusa yoluxanlarla bağlı Cənubi Koreyada aparılan araşdırma göstərir ki, simptomsuz xəstələr də qızdırma, öskürək, dadbilmə və qoxu hissinin itirilməsi kimi əlamətləri olan xəstələr qədər virus yükünə sahibdirlər. 

Virus yükü, bir insanın bədənində dolaşan və məsələn virusu digərlərinə ötürmə ehtimalını təyin edən virus zərrəciklərinin miqyasının ölçüsüdür.

Teqlər