Okt 20, 2020 16:33 Asia/Baku
  • Məhəmməd Rza Şəcəryanın irsi ürəklərdə və zehnlərdə yaşayacaqdır

YUNESKO-nun Baş direktoru, İran İslam Respublikasının UNESCO-dakı səfirinə və Daimi Nümayəndəsinə bir müraciətdə yazıb: Məhəmməd Rza Şəcəryanın irsi ürəklərdə və zehnlərdə yaşayacaqdır.

SəhərAzəri İRNA-nın məlumatına istinadən xəbər verir, Odrı Əzole, Əhməd Cəlaliyə göndərdiyi mesajda qeyd olub: “Məhəmməd Rza Şəcəryanın ölümü haqqında böyük kədər hissi ilə öyrəndim, bu İranda, bölgədə və dünyada farsca danışanların çoxunun ürəyini kədərləndirən bir hadisə oldu. YUNESKO adından Sizə, ailəsinə və İran xalqına ürəkdən başsağlığı verirəm.  Ona bağlılığınızdan və bu itkinin ağırlığından xəbərdaram.
Bu mesajda vurğulayıb: “Cənab Şəcərian yalnız istedadlı bir müğənni və İranın ənənəvi musiqi üslublarının ustası deyildi, Daha doğrusu, sənətini humanitar, təhsil və təlim məqsədlərini qorumağa həsr edib. Musiqi uzmanlığına əlavə olaraq fərdlər, ölkələr və mədəniyyətlər arasındakı ayrılıq səddlərini yüksək və qətiyyətli bir səslə dağıtdı. Məhz bu əsasda bu təşkilatda Ömər Xəyyamın şeirlərinin vokal ifasını aldıqdan sonra 1999-cu ildə Picasso YUNESKO mükafatını alıb. Həmçinin 2007-ci ildə, YUNESKO-nun Baş Məclisinin keçmiş prezidenti olaraq şərəfinizə (Əhməd Cəlali) təşkil edilən bir mərasimdə və bu təşkilatdakı 10 illik missiyanızın sona çatması ilə Şəcəryana YUNESKO-nun Mozart medalı verildi”.

Teqlər