Noy 14, 2020 19:40 Asia/Baku
  • İranın 8 vaksini ÜST-ün namizədlər siyahısına daxildir

İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü 8 İran vaksinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün COVİD-19-a qarşı vaksinlərə namizədlər siyahısında yer aldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur şənbə günü bir tvitdə İranın koronavirusa qarşı 8 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün namizədlər siyahısında yer aldığını və daha 8 vaksinin bu siyahıya daxil olmaq astanasında olduğunu bildirib.

Cahanpur əlavə edib: "İranda COVİD-19-a qarşı vaksinin hazırlanması üçün bütün mümkün strategiyalar Laboratoriya istehsal mərhələsini keçbdir".

Qeyd edək ki, bütün dünyada təxminən 54 milyon nəfər koronavirusa yoluxub, onlardan ən azı bir milyon 311 min nəfər həyatını itirib, 37 milyondan çox xəstə isə sağalıbdır.

Teqlər