Noy 15, 2020 09:43 Asia/Baku
  • İran yığma taekvondo komandası Asiya onlayn yarışlarında 17 rəngarəng medal qazanıb

İranın yığma taekvondo komandası Asiya onlayn yarışlarında on yeddi rəngarəng medal qazanıbdır.

SəhərAzəri xəbər verir, Asiya taekvondo çempionatı noyabrın on ikisindən on dördünədək onlayn formada iki bölmədə- standart və yenilikçi fərdi bölmələrdə keçirilib.

Bu yarışlarda hər ölkə hər bir yaş səviyyəsində maksimum iki oyunçu təqdim edə bilərdi.

Asiya Taekvondo Birliyi yarışların bu dövrünün final mərhələsininin nəticələrinin elan olunmasını canlı şəkildə yayıbdır.

Sonda İranın yığma taekvondo komandası bir qızıl, beş gümüş və on bir bürünc medalla öz işini başa vurub.

Asiya Taekvondo Birliyinin öncəki bildirişinə əsasən, bu yarışların komanda sıralaması yoxdur.

Bu yarışlarda Səkinə Houşəng Maher İran komandasının yeganə qızıl medalını qazanıbdır.

Teqlər