• İran Asiya çempionu
    İran Asiya çempionu

İranın Yunan-Roma güləş növü üzrə yığma komandası 2 gün davam edən yarışlarda 4 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edərək, ümumilikdə 69 xal ilə Asiya çempionu olub.

İRNA-nın məlumatına görə, Qazaxıstan və Cənubi Koreya komandaları da müvafiq olaraq 2-ci və 3-cü yerləri əldə ediblər. 

Yunan-Roma güləş növü üzrə Asiya çempionatı çərşənbə günü səhər Hindistanın paytaxtı Yeni Dehlidə start götürmüş və cümə axşamı da davam etmişdi. 

May 12, 2017 10:21 Asia/Baku
Şərhlər