• Uşaqların qızılgülə qərq edilməsi adəti

İranın Damğan şəhərində əhali yaz fəslinin bu dövründə 400 illik adət-ənənəyə görə festival keçirir və körpələrini qızılgül çiçəklərinə qərq edirlər. Bu adət-ənənə uşaqların dərilərinə təravət bəxş etmək və fəsil allergiyalarından qorumaq üçündür.

Sevgi və mehribanlıq diyarı. Damğanın Əmiriyyəsi. Qızılgül güllərinin şəhəri. Hər il may ayının ortalarında Əmiriyyədə gül bədənə gül ətri qoyurlar. Və bu il Körpələrin Güllərə Qərq edilməsi 10-cu festivalı 2 gündə keçirildi.

Bir vətəndaş deyib: Əziz vətənimizin hər bir guşəsindən istər sünni, istərsə şiə uşaqlar Əmiriyyəyə gəlirlər. Güllərə qərq etmək adətimiz bir növ birlik simvoludur.

Əmiriyyə qadınları səhər tezdən qonaqları qızılgül bağlarına aparırlar. Gülləri yığır, ləçəklərini ayırır, dua edir, salam və salavatla həyatlarının ilk yazını təcrübə edən körpələri qızılgülə qərq edirlər.

Bir əmiriyyəli qadın deyib: Güldə qərq edirlər ki, uşaqlar həyatlarının ilk ilində İslam, Məhəmməd və şiəliklə tanış olsunlar.

Bir qonaq deyib: Çox gözəl adətdir, inşallah İranın hər bir yerində yerinə düşər.

Əl işləri sənayesi, yerli yeməklər sərgisi, rəvayət oxumaq və yerli oyunlar qonaqların əyləncələrindəndir.

Doğrudan, bu mehriban insanların qapısı qonaqlarının üzünə açıqdır. İsti çörəklə və əl işləri məhsullarının istehsal prosesini göstərməklə onlara dincəlmək üçün şərait də yaradırlar.

Tarixi abidələri də görmək qonaqların başqa bir əyləncəsidir.

Damğanın Əmiriyyəsində körpələrin qızılgülə qərq edilməsi adət-ənənəsi İranın milli mənəvi əsərlər siyahısında qeydə alınıb.

 

May 15, 2017 20:24 Asia/Baku
Şərhlər