Stolüstü tennis üzrə iranlı qadın idmançı İslamiada oyunlarında türkiyəli rəqibini məğlub edərək, yarışların yarımfinal mərhələsinə çıxıb.

Neda Şəhsəvari yarışların dörddə bir final mərhələsində türkiyəli rəqibini 4-0 hesabı ilə məğlub edib. Şəhsəvari bu mərhələdə beynəlxalq reytinq cədvəlində yaxşı rütbəyə malik olan çinli tennisçi ilə görüşəcək.

İranın idman karvanı indiyədək 15 qızıl, 19 gümüş və 25 bürünc medala şamil olan 59 medal əldə edib. 4-cü İslam Həmrəyliyi Oyunları 54 islam ölkəsindən olan idmançıların iştirakı ilə 22 idman növündə mayın 13-dən etibarən Bakıda keçirilir. Bu oyunlar mayın 22-dək davam edəcək.

127 kişi və 31 qadın idmançıdan ibarət İranın idman karvanı bu yarışlarda 20 idman növündə yarışır. 

May 18, 2017 19:16 Asia/Baku
Şərhlər