Jul 06, 2017 09:13 Asia/Baku
  • Əbdüləli Əli Əsgəri
    Əbdüləli Əli Əsgəri

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri "Press TV"-nin qərb medialarla qarşılaşmada ön cəbhədə olduğunu deyib: Hazırda dünyanın 10 məşhur peyki bu televiziyanın proqramlarını yayımlayır.

Əbdüləli Əli Əsgəri çərşənbə günü "Press TV"-nin yaranmasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə İran İslam İnqilabının yeni ideya və müraciətə malik olduğunu bildirib: İran Radio və Televiziya Təşkilatının sərhədaşırı telekanalları İran İslam İnqilabının müraciətini dünya xalqlarına çatdırmaq üçün yaradılıblar. 

İran İslam Respublikası  Radio və Televiziya Təşkilatının sədri əlavə edib: İRİB-in sərhədaşırı telekanalları zülmlə və düşmənlərin İran İslam Respublikasına qarşı düşmənçilikləri ilə mübarizə üçün onların diliylə İslam İnqilabını müdafiə edirlər. 

Press TV-nin təsis olunmasının 10-cu illiyi münasibəti ilə çərşənbə günü Tehranda tədbir təşkil olunub. Tədbirdə İran  Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri, onun sərhədaşırı bölmə üzrə müavini Peyman Cibilli, bir qrup rəsmi, o cümlədən İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi iştirak ediblər. 

Press TV İran İslam Respublikasının ingilis dilli ilk televiziyasıdır və telekanal 2007-ci il iki iyulda "Xəbər, başqa prizmadan" şüarı ilə öz işinə başlayıb. 

Teqlər

Şərhlər