• İranlı sənətkarlar Braziliyada keçirilən festivalda uğurla çıxış ediblər

3 iranlı sənətkar Vraziliyada keçirilən tələbələrarası beynəlxalq karikatura festivalı "Pirasikaba"da 1 və 2-ci yerləri tutaraq, fəxri diplom ilə təltif ediliblər.

İRNA-nın məlumatına görə, Sepide Seyfizadə "Pirasikaba" beynəlxalq karikatura müsabiqəsinin qalibi olub. Müjdə Məlikoğlu və Sugənd Seyidcu isə fəxri diplom ilə təltif ediliblər. 

25-ci beynəlxalq Pirasikaba karikatura müsabiqəsində müxtəlif ölkələrdən 2500 karikaturaçı iştirak edib. Müsabiqəyə təqdim edilən 5000 əsərdən 7-si dünyanın ən üstün karikaturaları olaraq seçilib. 

Braziliyada keçirilən Pirasikaba karikatura sərgisində isə 42 əsər nümayiş etdirilib. Onlardan ikisi iranlı karikaturaçılara aid olub. 

Jul 13, 2017 19:13 Asia/Baku
Şərhlər