• İran yığması Azərbaycanda çempion oldu

Azərbaycan Respublikasında keçirilən Enşin Kaikan növü üzrə karate kubokunda İran yığması çempion olub.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, qadınlar və kişilər üzrə keçirilən turnirdə İran yığması 10 qızıl və 4 gümüş medalla çempion olub. Azərbaycan və Türkiyə yığmaları da müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. İranın Enşin Kaikan Karate Komitəsinin rəhbəri Şahrux Qəllədar güclü komandaların iştirak etdiyinə görə yarışların yüksək səviyyədə olduğunu bildirib: Bu turnir Asiya və Avropa turnirləri səviyyəsində olmasa da, idmançılarımızın beynəlxalq arenalarda təcrübə qazanması üçün çox yaxşı idi. İranlı karateçilər sübut etdilər ki, bu turnirin digər iştirakçıları ilə müqayisədə tam hazırdır və yüksək səviyyədədirlər. 

Bu turnir 4 yaş qrupunda keçirilib və ümumilikdə Rusiya, İran, Azərbaycan və Türkiyədən 120 idmançı rəqabət aparıb. 

Jul 17, 2017 13:39 Asia/Baku
Şərhlər