• İranın para-atletika komandası 11-ci qızıl medalını da əldə edib
    İranın para-atletika komandası 11-ci qızıl medalını da əldə edib

İranın para-atletika komandası İsveçrədə keçirilən dünya çempionatında 11-ci qızıl medalını əldə edib.

Nirə Səlamətiyan yarışların sonuncu günündə F42\46 klası üzrə nizə atmaq yarışlarında qızıl medalın sahibi olub.

Məhəmməd Fəthi Gənci isə nizə atmaq yarışlarının bürünc medalını əldə edib.

Hacər Səfərzadə də görmə əlilləri üzrə yarışlarda 400 metrlik məsafəyə qaçış üzrə qızıl medalın sahibi olub.

İranın idman karvanı 11 qızıl, 5 gümüş və 5 bürünc medal ilə öz işini başa vurub.

Aug 06, 2017 20:59 Asia/Baku
Şərhlər