• Urmiyyə və ürəyəyatan bitki rayihəsi

İran müxtəlif dərman bitki növləri və çoxlu sayda bitki örtüyünə malikdir ki, bu bitki növlərinin hər birinin əkini və inkişafına diqqət, ölkə iqtisadiyyatında böyük rola malik olacaq.

Urmiyyə və yay istisində moldaviya ilanbaşısı bitkisinin ürəyəyatan rayihəsi. Bu, bu günlər bazarda daha çox eşidilən bir səsdir.

Moldaviya ilanbaşısı dalamazkimilər fəsiləsindəndir. Sadə ilanbaşı bitkisindən fərqlənir. 

Ekspert: Müalicə istifadəsi buxarla əldə olunmuş bitki suyu formasındadır. Əhalinin əksəriyyəti bu iki bitkini səhv salır, halbuki sadə ilanbaşı ayrı növ bitkidir.

Qərbi Azərbaycan vilayəti ölkədə ən çox həcmdə moldaviya ilanbaşısının bitki suyunu istehsal edir.

Ekspert: Vilayətdə moldaviya ilanbaşısının becərmə səviyyəsi 160 hektardır kı, ondan 4800 ton bitki istehsal olunur. Nəticədə bu bitkidən 9 milyon 600 min litr bitki suyu əldə edilir.

Hərçənd vilayətdə ildə 20 min 736 tonluq həcmlə 17 bitki suyunun alınması obyekti fəaliyyət göstərir, amma bitki suyunun alınması əksər halda ənənəvi surətdə və qadınlar tərəfindən həyata keçirilir.

Moldaviya ilanbaşısı bitkisi Qərbi Azərbaycan vilayətində mövcud olan minlərlə bitki növündən biridir ki, onların hər biri təklikdə bu sərhəd vilayətinin iqtisadiyyatında böyük dəyişiklik yarada bilər.

Aug 12, 2017 20:24 Asia/Baku
Şərhlər