• "Biz bacararıq" sənədli filminin təqdimat mərasimi olub

Bu gün axşam Iranın TeleRadio Təşkilatı sədrinin sərhədaşırı bölmə üzrə müavini Peyman Cebelli və İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) hava hücumundan müdafə qərargahının komandanı general-mayor Fərzad Esmailinin iştirakı ilə "Səhər" beynəlxalq telekanalının məhsulu olan "Biz bacararıq" sənədli filminin təqdimat mərasimi olub.

Iranın TeleRadio Təşkilatı sədrinin sərhədaşırı bölmə üzrə müavini Peyman Cebelli "Biz bacararıq" sənədli filminin təqdimat mərasimində bildirib ki, İslam İnqilabının amalları günbəgün yüksəlir və nüfuz və qüdrət dairəsi daha da genişlənir. O, deyib: Iranın TeleRadio Təşkilatının sərhədaşırı kanalları İran İslam Respublikası Quruluşunun nailiyyətlərinin dünya xalqlarına təqdimi üçün bir tribunadır.

Peyman Cebelli əlavə edib: Düşmənlər zəiflik və acizliklərinə görə, İslamın adından sui-istifadə edərək, təkfirçi-terrorçu və cinayətkar bir ideyanı irəli sürdülər və günahsızları qırğına verdilər. Düşmənlər öz təbliğat jestlərinin əksinə olaraq, hücum forması ala bilmirlər.

Iranın TeleRadio Təşkilatı sədrinin sərhədaşırı bölmə üzrə müavini həmçinin şəhid Mohsen Hocəcinin xatirəsini yad edərək, vurğulayıb: İslam İnqilabının and içmiş düşmənləri günbəgün zəif və aciz mövqedə dururlar.

Suriyada İŞİD-in terror ünsürləri tərəfindən əsir alınmış şəhid Mohsen Hocəci ötən çərşənbə günü bu qrupun üzvləri tərəfindən şəhid edildi.

İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) hava hücumundan müdafə qərargahının komandanı general-mayor Fərzad Esmaili də "Səhər" beynəlxalq telekanalının məhsulu olan "Biz bacararıq" sənədli filminin təqdimat mərasimindən sonra İran-Press müxbiri ilə müsahibədə ordunun hava hücumundan müdafiə qüvvələrinin son nailiyyətləri barədə belə deyib: İran daim düşmənin qəfil hərəkətlərilə mübarizə üçün təchizatların düzəldilməsi və istehsalına səy göstərir və dünyanın son nailiyyətlərini əldə etmək üçün ölkədə heç bir məhdudiyyət mövcud deyildir.

Aug 12, 2017 20:57 Asia/Baku
Şərhlər