• İranın konkisürmə komandası üç qızıl medal qazanıb

İranın 16 yaşından aşağı və yuxarı yaş üzrə milli komandası konkisürmə idman növü üzrə Çində keçirilən dünya çempionatının ilk gününün sonunda azad stil bölməsində üç rəngarəng medal əldə edib.

16 yaşından aşağı yaş səviyyəsində yarışan iranlı konkisürən Təranə Əhmədi azad stil bölməsində qızıl medal qazanıb.

16 yaşından yuxarı yaş səviyyəsində yarışan digər iranlı konkisürən Ləyya Ərəbi də azad stil bölməsində gümüş medal qazanıb.

İran yığmasının başqa bir üzvü Əli Şocayi 16 yaşından aşağı yaş səviyyəsində yarışların bürünc medalını əldə edib.

Azad stil üzrə konkisürmə fiqurlu hərəkətlər, fırlanmalar, qısa tullanmalar və spiral hərəkətlərə şamil olur.

16 yaşından aşağı və yuxarı yaş səviyyələrində konkisürmə üzrə dünya çempionatı sentyabrın yeddisində Çinin Nankin şəhərində başlanıb və sentyabrın 19-dək davam edəcək.

Sep 08, 2017 19:31 Asia/Baku
Şərhlər