• Vəhid Cəlilvənd Venetsiya Film Festivalının ən yaxşı rejissoru oldu
    Vəhid Cəlilvənd Venetsiya Film Festivalının ən yaxşı rejissoru oldu

Vəhid Cəlilvənd "Tarixsiz, imzasız" filminin istehsalına görə, Venetsiya Film Festivalının "Yeni Üfüqlər" bölməsinin ən yaxşı rejissoru mükafatını qazanıb.

Vəhid Cəlilvəndin rejissorluğu və Əli Cəlilvəndin prodüserliyi ilə çəkilmiş "Tarixsiz, imzasız" filmi yetmiş dördüncü Venetsiya Film Festivalının "Yeni Üfüqlər" bölməsində uğurla çıxış edərək, şənbə günü gecəsi mükafatla təltif olunub.

Venetsiya Film Festivalının "Yeni Üfüqlər" bölməsində "Tarixsiz, imzasız" filminə görə, ən yaxşı aktyor mükafatının Nəvid Məhəmmədzadəyə təqdim edilməsindən sonra Vəhid Cəlilvənd də İran kinosu üçün ən yaxşı rejissor mükafatını hədiyyə gətirdi.

Əli Zərnegar və Vəhid Cəlilvəndin birgə ssenarisi əsasında lentə alınmış "Tarixsiz, imzasız" filmi, "Çərşənbə, 19 ordibeheşt" filmindən sonra Cəlilvənd qardaşlarının ikinci filmidir.

Sep 10, 2017 08:16 Asia/Baku
Şərhlər