• İranlı yeniyetmə qılıncoynadanlar 2 gümüş və 1 bürünc medal qazanıblar
    İranlı yeniyetmə qılıncoynadanlar 2 gümüş və 1 bürünc medal qazanıblar

16 yaşından aşağı qılıncoynadanların Tailandda keçirilən Asiya kuboku yarışlarında iştirak edən İran nümayəndələri iki gümüş və bir bürünc medal qazanıblar.

Oğlanların qılıncoynatma bölməsində yarışan İran nümayəndəsi Mohəmməd Rezayi Tadi yarışların gümüş medalını qazanıb.

Bu idman bölməsi üzrə yarışan qadın nümayəndələrimiz Fatimə Zare gümüş, Anuşa Şəhabi isə bürünc medal əldə ediblər.

16 yaşından aşağı qılıncoynadanların Tailandda keçirilən Asiya kuboku yarışları sentyabrın 9-dan bu ölkənin Banqkok şəhərində başlayıb və bu gün sona çatacaqdır.

 

 

 

Sep 11, 2017 10:33 Asia/Baku
Şərhlər