• İranın Perspolis komandası Ərəbistanın Əl-Əhli komandasını darmadağın etdi
    İranın Perspolis komandası Ərəbistanın Əl-Əhli komandasını darmadağın etdi

Asiya Çempionlar Liqasında İranı təmsil edən Perspolis komandası Ərəbistanın Əl-Əhli komandasını məğlub edərək, yarışların yarım final mərhələsinə yüksəlib.

İranın Perspolis komandası çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində "Bin Zaid" stadionunda baş tutan qarşılaşmada Əl-Əhli komandasını 3-1 hesabı ilə məğlub etdi. 

İki komanda arasındakı ilk görüşmə Omanın Maskat şəhərində baş tutmuşdu və qarşılaşma 2-2 hesabı ilə başa çatmışdı. 

Perspolis yarım final mərhələsində Ərəbistanın digər təmsilçisi Əl-Hilal komandası ilə mübarizə aparmalı olacaq. 

Sep 13, 2017 08:59 Asia/Baku
Şərhlər