• İranlı güləşçi qızıl medal qazanıb

İranın sərbəst güləş üzrə yığma komandasının 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçisi Yunis Emami Rusiyada "Dmitri Korkin" kuboku uğrunda keçirilən beynəlxalq sərbəst güləş yarışlarının final görüşündə qızıl medalçı olub.

Rusiyanın Yakutsk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq yarışların ilk günündə Yunis Emami final görüşündə rus güləşçi Vlatovu 5-1 hesabı ilə məğlub edərək, yarışların birinci pilləsində durub.

Bu yarışların ikinci günündə Esmail Məhmudi və Kamran Qasempur 86, Əmirreza Əmiri isə 125 kiloqram çəki dərəcələrində öz rəqiblərilə mübarizə aparmalıdırlar.

"Dmitri Korkin" kuboku uğrunda beynəlxalq sərbəst güləş yarışları 19 ölkədən olan güləşçilərin iştirakı ilə 2017-ci il sentyabrın 30-dan oktyabrın birinədək Rusiyanın Yakutsk şəhərində keçirilir.

Oct 01, 2017 10:31 Asia/Baku
Şərhlər