• İranın qızlardan ibarət darts komandası dünya çempionu olub

İranın qızlardan ibarət darts komandası ilk dəfə olaraq Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

Darts üzrə dünya çempionatı oktyabrın dördündə Yaponiyanın Kobe şəhərində başlanıb və Dəniz Həştpəryan və Məhşad Əvəzzadədən ibarət İran komandası final görüşündə Hollandiya komandasını məğlub edərək, çempion adını qazanıb.

İranın gənclərdən ibarət darts komandası dörd nümayəndə ilə kişi və qadın bölmələrində yarışlarda iştirak edir. Bu yarışlar sabah başa çatacaq.

Oct 06, 2017 16:28 Asia/Baku
Şərhlər