• Tehranda X Nano-Texnologiya sərgisi keçirilir
    Tehranda X Nano-Texnologiya sərgisi keçirilir

Tehranda onuncu Nano-Texnologiya sərgisi işə başlayıb. İranın nano sahəsində əsas məhsulu təchizatla bağlıdır. Sərgidə iştirak edən şirkətlərin qırx üç faizi məhsullarını ilk dəfə təqdim etmişdir.

10-cu Nano-Texnologiya Festivalı və Sərgisində 99 şirkət nano-miqyası təsdiqlənmiş 360 məhsulu təqdim edir.

Elm təməlli məhsulun əlavə dəyərinə diqqət yetirmək bu sərginin keçirilməsinin əsas məqsədlərindəndir.

Sərgidə iştirak edən bir şirkətin rəsmisi deyib: Biz boşluqda qatların yeridilməsi sistemlərin istehsalçısıyıq. Xoşbəxtlikdən bir-iki məhsulumuzun ixracatı, yerli satışımızdan çox olmuşdur. Hazırda ölkədən xaricdə 10 nümayəndəliyimiz vardır. Avstriyada nümayəndəliyimiz var, İngiltərədə nümayəndəliyimiz var.

Təşviqatçı qurumlar, elmi mərkəzlər, sənaye şirkətləri, ixtisaslaşdırılmış sexlər bu sərgidə iştirak edirlər.

Sərgidə iştirak edən başqa bir şirkətin nümayəndəsi deyib: Bizim bu sərgi üçün gətirdiyimiz məhsullar işçi əlcəkləri, xəstəxana geyimləridir. Bunlar su keçirmir və ləkələnmir. Ərəb ölkələri, Əfqanıstan, Qırğızıstan, Tacikistana ixracatımız vardır. Hazırda da Hollandiya üçün məhsulu hazırlayıb göndərəcəyik.

Bu elmlə maraqlananlar nano-texnologiya turnesində iştirak edə, investorları gözləyən nano-statrapları və yeni ideyalarla tanış ola bilərlər.

 

Oct 07, 2017 21:31 Asia/Baku
Şərhlər