• İran yığması möhtəşəm qələbəyə imza atdı
    İran yığması möhtəşəm qələbəyə imza atdı

İranın yeniyetmələrdən ibarət yığma komandası Hindistanda keçirilən Futbol üzrə Dünya Çempionatında Almaniya yığmasını məğlub edib.

İRİB-in məlumatına görə, Hindistanın ev sahibliyi ilə keçirilən yeniyetmələr üzrə Dünya Çempionatının ikinci turunda İranın futbol yığması Almaniya yığması ilə qarşılaşıb. Maraqlı keçən matçda İran yığması almanlara heç bir şans verməyib: 4:0

İran yığması cümə günü Kostarika yığması ilə qarşılaşacaq. 

İlk turda Qvineya-Bisaunu 3:0 hesabı ilə məğlub edən İran yığması hal-hazırda 6 xalla C qrupuna liderlik edir. 

Oct 11, 2017 11:53 Asia/Baku
Şərhlər