• İranın nano sahəsindəki uğurları
    İranın nano sahəsindəki uğurları

İran İslam Respublikası nano sahəsində yüksək zirvələri sürətlə fəth etməkdədir. Hər birinin fəthinin reallaşması valyutanın ölkəyə daxil olmasına, enerji və sərmayənin qorunmasına və sağlamlığın qorunmasına kömək edir.

Bu reportajıızda yaxın gələcəkdəki bir mənzilə gedirik. Bu mənzilin əşyaları nanodan istehsal olunmuşdur.

Nano Komitəsinin inkişaf üzrə katibi Məhəmməd Yusifi deyib: Məsələ enerji itkisinin qarşısını almaqdır. Məsələ çox ciddi məsələdir. Məsələ ətraf mühitdə mənfi təsirlərinin azaldılmasıdır.

Siz bundan sonra nanodan istehsal olunan şüşələrdən istifadə edə bilərsiniz. Belə ki, öz mənzilinizdə enerji itkisi və əlavə xərclərin qarşısını ala bilərsiniz. Şəhər bölgələrində ətrafımızda zərərli dalğaların olduğunu nəzərə alaraq, bundan sonra nano dalğa əleyhinə pərdələrdən istifadə etməklə daha çox öz sağlamlığımızı düşünə bilərik. Nano məhsulları olan mənzildə su və ləkələr əleyhinə vasitələr insanların rahatlığını tam nəzərdə tutur. Nano keramika və kaşıdan istifadə də anti-bakterial məhsulların ticarət dövriyyəsinə daxil olması ilə nəticələnmişdir.

Bu məhsulların kənarında təhlükəsiz məhsullar, kranlar və cızılmayan vasitələrin istehsalı məqsədilə Nano-Texnologiya Komitəsinin təsdiqi ilə 30-dan çox elmtəməlli şirkət tərəfindən yüngül, cəzb etməyən betonlar və ağır yapışqanlar X Nano-Texnologiya Sərgisində təqdim olunmuşdur.

Nano sərgisi tələbələr və tədqiqatçıların elmi mübadiləsi üçün münasib məkan sayılır. Bu da müxtəlif şəhərlərdən tədqiqatçıların bu sərgi ilə yaxından tanış olmasına gətirib çıxarıb.

Bir tələbə deyib: Kaşan Universitetinin nano-kimya fakültəsinin məzunuyam. Bu universitet nano sahəsində öncüldür. Sənaye üzrə pavilyonlar bizim ideyalarımız üçün münasib məkandır. Mənim layihəm də sənaye dissertasiyası idi və mən elə həmin Nano Komitəsindən ideya və dəstək almışam.

Nano komitəsinin katibi Səid Sərkar deyib: 2001-ci ildən indiyə qədər İran məharət və insan resursu baxımından çox inkişaf etmişdir və 65-dən çox universitet nano sahəsində fəaliyyət göstərir. 160-dan çox şirkətin birbaşa nano istehsalı vardır. Elm istehsalında dünyada Çin, ABŞ və Hindistandan sonra dördüncü yerdəyik.

Oct 11, 2017 20:50 Asia/Baku
Şərhlər