• 2018-ci ildə Tokioda ilk tuna balığı auksionu keçirilib
    2018-ci ildə Tokioda ilk tuna balığı auksionu keçirilib

Yeni milad ilində Tokionun Tsukici bazarında ilk tuna balığı auksionu keçirilib.

Auksion yeni ildə rövnəqli ticarət və qazanc üçün duanın oxunmasından və zəngin çalınmasından sonra, saatın əqrəbləri yerli vaxtla səhər saat beş otuz dəqiqəni keçəndən az sonra Tokionun Tsukici bazarının qədim məkanında başlanıb. Sonra iştirakçılar donmuş tuna balıqlarının üzərinə qiymətlərin qoyulmasına başlayıblar. Ən yüksək qiymət, Yaponiyanın şimalındakı Aomori əyalətinin sularında ovlanmış, 405 kiloqram çəkiyə malik "bluefin" tuna balığının üzərinə qoyulubdur. Bu tuna balığına 36 milyon ien-dən yuxarı, başqa sözlə, 330 min dollar qiymət qoyulubdur ki, bu, Yaponiyada tuna balığı satışı üzrə dördüncü yüksək qiymətdir. Tsukici bazarının hazırkı məkandakı fəaliyyəti səksən il bundan öncəyə qayıdır. Qərar üzrə bu bazar oktyabr ayında Tokionun Tosoyo məntəqəsindəki yeni bir məkana köçürülməlidir.

Jan 06, 2018 13:17 Asia/Baku
Şərhlər