• İranlı gənc buz qayalıqlara dırmanmada gümüş medal qazandı
    İranlı gənc buz qayalıqlara dırmanmada gümüş medal qazandı

İranlı idmançı Seyid İmad Hüseyni Lixtenşteyndə keçirilən gənclər üzrə buz qayalıqlara dırmanma Dünya Çempionatında gümüş medal qazanıb.

İRNA-nın məlumatına görə, Seyid İmad Hüseyni lid növündə finalda isveçrəli idmançıdan sonra ikinci yeri tutub və gümüş medala layiq görülüb. 

Digər iranlı idmançı Mehdi Təqixani isə bu növdə dördüncü yeri tutub. 

Gənclər üzrə buz qayalıqlara dırmanma Dünya Çempionatı 10 ölkədən 80 idmançının iştirakı ilə Lixtenşteyndə keçirilir. 

Jan 08, 2018 17:47 Asia/Baku
Şərhlər