• İranlı karikaturaçının uğuru
    İranlı karikaturaçının uğuru

Bir iranlı karikaturaçı Polşada keçirilən təsviri incəsənət üzrə beynəxalq festivalın karikatura bölməsində ilk yeri əldə edib.

Polşada keçirilən təsviri incəsənət üzrə beynəxalq festival 102 ölkədən 700 sənətçinin iştirakı ilə bu ölkənin paytaxtı Varşavada təşkil olunubdur.

İranlı karikaturaçı Əmin Dövlətxahın Polşada keçirilən təsviri incəsənət üzrə beynəxalq festivala göndərdiyi əsər münsiflər heyətinin qərarı ilə festivalın karikatura bölməsində birinci yerə layiq görülübdür. Bu əsər habelə festivalın xüsusi mükafatına da layiq görülübdür.

Gənc iranlı karikaturaçı İsveçrə beynəlxalq karikatura festivalında birinci, Kanada beynəlxalq karikatura festivalında birinci, Misirdə keçirilən təsviri incənət üzrə beynəlxalq festivalın karikatura bölməsində ikinci və Fransa beynəlxalq karikatura festivalında üçüncü olubdur.

Teqlər

Jan 09, 2018 17:41 Asia/Baku
Şərhlər