• "Tehran-2018" yüngül atletika yarışları

Tehranda keçirilən yüngül atletika üzrə 8-ci Asiya Çempionatı başa çatdı, Qazaxıstan çempion, İran isə ikinci oldu.

İranın ev sahibliyi etdiyi yüngül atletika üzrə Asiya Çempionatı Tehranın İnqilab İdman Kompleksində öz işini başa vurdu. Qazaxıstan komandası kişilər arası yarışlarda 7 qızıl, 4 gümüş və 1 bürünc medal ilə çempion oldu. İran isə 5 qızıl, 9 gümüş və 10 bürünc medal ilə yarışların ikincisi olub. Qətər də 4 qızıl, 3 gümüş və 2 bürünc medal ilə üçüncü olub. 

Yüngül Atletika üzrə 8-ci Asiya Çempionatında 13 ölkə medal əldə etməyə nail olub. 8 ölkə isə bu çempionatdan ən azı 1 qızıl medal ilə ayrılıb. 

İran bu çempionatda 60, 1500 və 3000 meftrlik məsafəyə qaçış, ağırlıq atmaq və beşlik yarışlarında qızıl medalın sahibi olub. İranın qızıl medalçıları Həsən Təftiyan, Əmir Muradi, Həsən Keyhani, Əli Səməri və Sepidə Təvəkküli olublar. 

Qadınlar arası yarışlarda isə İran komandası daha uğurlu göstərici ilə çıxış edib. Və 11 qızıl medal əldə edən iranlı atletlər 4 milli rekordu da təzələmiş olublar.

Sepide Təvəkküli 4038 xal toplayaraq, İran komandasını qızıl medalı ilə zənginləşdirib. O həmçinin, beşlik yarışlarında milli rekordu yeniləmiş olub. Təvəkküli hündürlüyə tullanma yarışlarında 1 metr 83 santimetrlik maneənin üzərindən tullanaraq, bu idman növü üzrə milli rekordu yeniləyib. 

İlham Kakoli, Məryəm Mühibbi, Zəhra Muradi və Faizə Nəsayidən ibarət İranın 4 nəfərlik komandası da 400 metrlik estafet yarışlarında milli rekordu təzələməklə yanaşı, gümüş medalın sahibi olublar. 

60 metrlik məsafəyə qaçış yarışlarında isə Fərzanə Fəsihi 7 dəqiqə 44 saniyə ilə bürünc medalın sahibi olub. Bu yarışların qalibi və ikincisi isə Çin və Qazaxıstan atletləri olublar. 

 

 

Feb 07, 2018 01:43 Asia/Baku
Şərhlər