• Azərbaycan-Portuqaliya qarşılaşması
    Azərbaycan-Portuqaliya qarşılaşması

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşıb.

Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, Portuqaliya yığması qitə çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutaraq dörddəbir finala adlamışdı.

Feb 07, 2018 01:55 Asia/Baku
Şərhlər