• İranın futzal komandası Asiya kuboku yarışlarının finalına çıxıb
    İranın futzal komandası Asiya kuboku yarışlarının finalına çıxıb

İranın futzal komandası Özbəkistan komandasını məğlub edərək, Tayvanda keçirilən Asiya kuboku yarışlarının finalına çıxıb.

İranın futzal üzrə yığma komandası bu gün Tayvanda keçirilən Asiya kuboku yarışlarında Özbəkistan yığmasını 7-1 hesabı ilə məğlub edərək, yarışların finalına çıxıb. İdmançılarımız bazar günü keçiriləcək final görüşündə Yaponiya yığması görüşəcəklər.

Bundan öncə Yaponiya komandası İraq yığmasını 3-0 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanmışdı.

İraq və Özbəkistan komandaları da bazar günü üçüncü yer uğrunda mübarizə aparacaqlar.

İranın futzal üzrə yığma komandası bu idman növü üzrə Asiyanın ən iftixarlı komandası olmaqla bərabər, dünyanın bu idman növü üzrə altıncı üstün komandasıdır.

 

Feb 09, 2018 20:43 Asia/Baku
Şərhlər