• İran beynəlxalq sərbəst güləş yarışlarının qalibi olub
    İran beynəlxalq sərbəst güləş yarışlarının qalibi olub

İranın sərbəst güləş üzrə milli komandası Təbrizdə keçirilən pəhləvanlar pəhləvanı Təxtinin adına kubok uğrunda otuz səkkizinci beynəlxalq yarışlarda çempion adını qazanıbdır.

İranın sərbəst güləş üzrə milli komandası dörd qızıl, beş gümüş və yeddi bürünc medal qazanaraq, yarışların çempionu olub. Türkiyə və Gürcüstan komandaları isə ikinci və üçüncü olublar.

Pəhləvanlar pəhləvanı Təxtinin adına kubok uğrunda otuz səkkizinci beynəlxalq yarışlar 16 ölkə- İran, Azərbaycan Respublikası, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə və Ukrayna komandalarının iştirakı ilə Təbrizdə keçirilib.

Teqlər

Feb 09, 2018 21:30 Asia/Baku
Şərhlər