• Kiş adasında elmtəməlli şirkət istehsala başlayıb
    Kiş adasında elmtəməlli şirkət istehsala başlayıb

İranın Kiş adasında sümükdaxili implantların istehsal xətti istismara verilib. İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini bu şirkətin istifadəyə verilməsi üzrə tədbirin kənarında bildirib: Elmtəməlli şirkətlərin istifadəyə verilməsinə əsasən iş yerlərinin açılmasını azad iqtisad zonalarının prioritetləri hesab edirik.

Kiş adasında ortopediya və sinir sistemləri cərrahiyyə əməliyyatlarında bədən protezləri istehsalı üzrə zavod prezidentin elm və texnologiya məsələləri üzrə müavinin iştirakı ilə istifadəyə verilib.

Art Kiş Şirkətinin idarə heyətinin rəhbəri Əmir Bəhrami deyib: Əslində bu zavod ortopediya və sinir sistemləri əməliyyatlarındakı vasitələr üçün inşa olunmuşdur. Təxminən 50 milyard ilk yatırımı olmuşdur.

İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Hazırda 3400-dən çox elmtəməlli şirkətimiz vardır. Onların ötən ilki satışı təxminən 40 milyard tümən olmuşdur.

Dünyanın müasir texnologiyalarından faydalanaraq müxtəlif sümükdaxili implantların istehsalı bu istehsal şirkətinin önəmli məqsədlərindən biridir.

Art Kiş Şirkətinin icra direktoru Ümid Eslimi deyib: Tənzimlənən proqramımıza əsasən, istehsalımız 60 min onurğa sütünu bağlamalarıdır. Ölkənin təxminən 15-20% ehtiyacını təmin edir.

Bu istehsal zavodu yerli potensiala arxalanaraq yerli ehtiyacları təmin etməkdən əlavə, ildə ölkədən 10 milyon dolların çıxmasının qarşısını ala bilmişdir.

Art Kiş Şirkətinin idarə heyətinin rəhbəri Əmir Bəhrami deyib: Ölkədə il ərzində təbii şəkildə bu vasitələrdən təxminən 700 min ədəd istifadə olunur.

Keyfiyyətli və xarici şirkətlərlə rəqabət apara biləcək məhsulun satışa çıxarılması bu istehsal şirkətinin məqsədləri sırasına daxildir.

Art Kiş Şirkətinin icra direktoru Ümid Eslimi deyib: Bizim məhsulumuzun tam hazır vəziyyətdə Fransa, Almaniya və İsveçrəyə ixracat proqramımız vardır. Bu ölkələrlə müqavilələr imzalamışıq.

İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Bu, azad zonada bu istiqamətdə hərəkət etmək üçün ciddi məqsəddir. Bu iş üzərində əvvəllər bu qədər işlənilmirdi. Məqsəd ixracatdırsa, bu, azad zonalarda formalaşmalıdır.

Ölkənin azad zonalarında 248 elmtəməlli şirkətin fəaliyyət göstərməsi, azad iqtisadi zonaların belə şirkətlərin fəaliyyətinin çiçəklənməsində böyük potensiala sahib olduğunu əks etdirir.

 

Feb 10, 2018 21:53 Asia/Baku
Şərhlər