• İran Asiya Futzal Çempionatının qalibi oldu

İran İslam Respublikasının milli futzal komandası Yaponiya millisi üzərində qələbə çalaraq, Asiya çempionatının qalibi olub.

İran İslam Respublikasının milli futzal komandası bazar günü Asiya Futzal Çempionatının final görüşündə Yaponiya millisini 4-0 hesabı ilə məğlub edib.

İran bundan öncə 11 dəfə Asiya Futzal Çempionatının qalibi olub.

Yaponiya yığması isə 2 dəfə bu ünvana sahib olub.

Tayvanda keçirilən Asiya Futzal Çempionatında Özbəkistan millisi İraqı məğlub edərək, 3-cü olub.

Feb 11, 2018 18:09 Asia/Baku
Şərhlər