• İran qapalı arenada xokkey yarışının üçüncüsü oldu

İran komandası Almaniyanın Berlin şəhrində keçirilən qapalı arena xokkey yarışlarında 3-üncü yeri tutub.

İran komandası bazar günü Berlində keçirilən bu  yarışlarda Avstraliya yığması ilə qarşılaşıb. Görüş 5-0 İranın xeyrinə başa çatıb.

Daha sonra İran komandası Çex Respublikasını məğlub edib və yarışın yarımfinal mərhələsinə yüksəlib. Yarımfinal mərhələsində isə Almaniya yığmasına məğlub olaraq, finalda iştirak fürsətini itirib.

İran bundan öncə 2011-ci ildə Polşada keçirilən yarışlarda 9-uncu, 2015-ci ildə Almaniyada keçirilən yarışlarda 4-üncü olmuşdu.

Feb 11, 2018 21:26 Asia/Baku
Şərhlər