• İran Fəcr Film Festivalının qalibləri mükafatlandırıldılar
    İran Fəcr Film Festivalının qalibləri mükafatlandırıldılar

36-cı İran Fəcr Film Festivalı bazar günü axşam qaliblərin mükafatlandırılması ilə öz işini başa vurdu.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə 36-cı İran Fəcr Film Festivalının bağlanış mərasimi Tehranda, Milad qülləsində keçirilib.

İran İslam Respublikasının mədəniyyət naziri Abbas Salehi 36-cı İran Fəcr Film Festivalının bağlanış mərasimində İran İslam Respublikası prezidenti Həsən Ruhaninin müraciətini qiraət edib.

Ruhani bu müraciətdə deyib: Kino ən yararlı mədəniyyət vasitəsidir və bəşəriyyət bu gün müraciətlərin, irsin və nailiyyətlərin ötürülməsində onu kəşf edibdir.

İran prezidentinin müraciətinin qiraət olunmasının ardınca, 36-cı İran Fəcr Film Festivalının qalibləri elan edilib.

36-cı İran Fəcr Film Festivalının münsiflər heyətinin qərarına əsasən ən  yaxşı təkmilləşdirici qadın rolu üzrə Billur Simorğ mükafatı "İstanbul dörd yolu" və " Soyuq tər" filmlərindəki roluna görə, Səhər Dövlətşahiyə təqdim edilib.

Ən yaxşı təkmilləşdirici kişi rolu üzrə Billur Simorğ mükafatı da "Ağacdələn" filmindəki roluna görə, Cəmşid Haşempura verilib.

"Ağacdələn" filmindəki roluna görə Sara Bəhrami ən  yaxşı qadın baş rolu üzrə Billur Simorğ mükafatına layiq görülüb.

Əmir Cədidi də "Əbu Qürəyb boğazı" və "Soyuq tər" filmlərindəki roluna görə, ən yaxşı kişi baş rolu üzrə Billur Simorğ mükafatına layiq görülüb.

Ən yaxşı rejissor kateqoriyasına görə isə Billr Simorğ mükafatı "Əbu Qürəyb Boğazı" filminə görə, Bəhram Təvəkküliyə verilib.

"Şam vaxtı" filmi isə ən yaxşı kino musiqisi kateqoriyası üzrə Billur Simorğ mükafatına layiq görülüb. Bu film terrorizm təhlükəsi, terrorçuların təhdidləri və hərəm müdafiəçilərinin qəhrəmanlıqlarından bəhs edir.

36-cı İran Fəcr Film Festivalı 1 fevralda işə başlamışdı.

Teqlər

Feb 12, 2018 11:46 Asia/Baku
Şərhlər